Həmin pula Braziliyada 2 ada almaq olar
Bu barədə elan Bina.az saytında yerləşdirilib. Məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda, Tbilisi küçəsində yerləşən 10 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, Avropa otelinin yanında yerləşən “iqamətgah”-ın ümumi sahəsi 1 400 kvadratmetr təşkil edir. Bu cür saraya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 16 000 000 manat ödəməli olacaq.
Qeyd edək ki, bu qiymətdən də aşağı, yəni 10 000 000 ABŞ dollarına Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.
Bizim Yol
Comments are closed.