10 C
Baku
Thursday, December 12, 2024

Yeni Suraxanı qəsəbəsində yolların təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yolların əsaslı təmiri barədə sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Bakı şəhəri Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılsın.

Son xəbərlər
Digər xəbərlər