8 C
Baku
Friday, December 13, 2024

Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir

İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində 10 rezident qeydiyyata alınıb və 2 rezident artıq işləyir: “2020-ci ilin mart, aprel, may aylarında bir sıra rezidentlər fəaliyyətə başlayacaq, o cümlədən, “Azərmaş” ASC Qazel markalı avtomobillərini buraxılışına başlayacaq. İqtisadiyyat Nazirliyi Prezident İlham Əliyevə Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi ilə bağlı müraciət edib. İqtisadiyyat Nazirliyinə artıq yeni rezidentlərdən müraciətlər daxil olur”.

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsi 2017-ci ildə yaradılıb. Məhəllənin ümumi ərazisi 20 hektar, əsas layihə istiqamətləri ağır maşınqayırma, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, avtomobil, kompozit materialları müxtəlif təyinatlı gübrələr müxtəlif plastik qablar, balıq yemi polipropilen kisə istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalıdır. Məhəllədə olan layihələrin ümumi dəyəri 60,95 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər