19 C
Baku
Sunday, October 13, 2024

2020-ci ildən etibarən milyonlarla istifadəçinin “WhatsApp” ı işləməyəcək

“Facebook” a məxsus olan “WhatsApp”, 2020-ci ildə milyonlarla cihazda öz fəaliyyətini dayandıracaq. Bu haqda “Daily Mail” yazır.

Söhbət köhnə əməliyyat sistemlərində işləyən cihazlardan gedir (Windows Mobile, Android və iOS). Bu əməliyyat sistemləri messenceri inkişaf üçün lazım olan texniki imkanlarla təmin etmədiyi üçün onların dəstəyi dayandırılır.

2019-cu ilin dekabrın 31-də “WhatsApp” messenceri “Windows Phone” və “Microsoft” ilə fəaliyyətini dayandırır.

Fevralın 1-dən başlayaraq mobil tətbiq Android 2.3.7, eyni zamanda iOS 8 qədər olan əməliyyat sistemlərini dəstəkləməyəcək.

Qeyd edildiyi kimi, “WhatsApp” tətbiqi Android 4.0.3 və iOS 9 və daha yeni olan əməliyyat sistemləri ilə işləyəcək.

Əvvəl verilən məlumata görə, dekabrın 9-da mobil tətbiqə yeni xatırlatma funksiyasının əlavə edilib.  

Son xəbərlər
Digər xəbərlər