7 C
Baku
Thursday, December 12, 2024

“BP-Azerbaijan”da Azərbaycan vətəndaşı olan işçilərin sayı 90% təşkil edir

“BP-Azerbaijan”nın işçilərinin 90% Azərbaycan vətəndaşlarıdır.

Banker.az xəbər verir ki, bunu “BP-Azerbaijan”nın vitse-prezidenti Bəxtiyar Alsanbəyli İTV-nin “3D” proqramının qonağı olarkən deyib.

B.Aslanbəyli deyir ki, şirkət 2014-cü ildə üzərinə götürdüyü 5 illik planı hazırda tam olaraq bitirmək üzrədir: “Hazırda 3000-ə yaxın əməkdaşımız var və bu əməkdaşlarında 90% yerli vətəndaşlardır. Bundan sonra da bu səviyyədə davam etdiriləcək”.

Aslanbəyli bildirib ki, bura [Azərbaycana] əcnəbi vətəndaşların gəlməsi təcrübə baxımdan çox vacibdir. Buna görə də 10%-lik limit qalmalıdır ki, təcrübə mübadiləsi olsun.

Vitze-prezident onu da deyib ki, demək olarki, rəhbərlikdə belə Azərbaycan vətəndaşlarının payı 60-70% arasında dəyişir.

Son xəbərlər
Digər xəbərlər