9 C
Baku
Thursday, December 12, 2024

Gələn ilin əsas sürprizi avrodur

2020-ci ildə avro öz güclü dinamikası ilə analitiklər və treyderləri təəccübləndirə bilər. Avrozonanın valyutası dollara qarşı hansı amillərin hesabın güclənə bilər?

“Bloomberg” respondentlərinin proqnozlarına görə, mart ayının sonunda avronun qiyməti 1,12 dollar, 2020-ci ildə isə 1,16 dollar təşkil edəcək. Qeyd edək ki, hazırda vahid valyutanın dəyəri 1,1070 dollar təşkil edir. 

Buna baxmayaraq, bəzi analitiklər büdcə təşviqinin perspektivlərini, Avropa Mərkəzi Bankının faiz dərəcələrini aşağı salması ilə bağlı güclənən tənqidləri və avronun maliyyələşdirmə valyutası kimi istifadə edilməsini təhlükə altına ala biləcək artan dəyişkənliyi yanlış qiymətləndirmiş ola bilərlər. 

Getdikcə daha çox bank 2020-ci ildə avro ilə bağlı olan perspektivləri müsbət qiymətləndirməyə başlayır. 

Məsələn, “Morgan Stanley” bankı 2020-ci ilin birinci rübündə avronun demək olar ki, 5% bahalaşacağını proqnoz etmişdir. 

“ABN Amro Bank NV” və “Commerzbank AG” növbəti ilin mart ayının sonuna qədər avronun 1,14 dollara qədər artacağını gözləyirlər. Mütəxəssislərin fikrincə, bunun üçün region iqtisadiyyatının sabitləşməsi və Brexit məsələsi ətrafındakı qeyri-müəyyənliyin olmaması tələb olunur. 

Avropa Mərkəzi Bankının prezidenti olan Christine Lagarde, cümə axşamı günü keçirilmiş iclasda maliyyə stimulunun artırılmasının vacibliyini vurğulamışdı. 

Onun sözlərinə görə, “Avropa Mərkəzi Bankının təşviq siyasəti daxili tələbatın aparıcı hərəkətverici qüvvəsidir”. 

Sıfırdan aşağı olan faiz dərəcələri ilə bağlı risklər

Avrozonanın maliyyə nazirləri sıfırdan aşağı olan faiz dərəcələrinə qarşı çıxmağa başlayırlar. Onların fikrincə, mənfi faiz dərəcələri əmanətlərə və pensiya sisteminə mənfi təsir göstərirlər. “Pacific Investment Management Co” in mütəxəssisləri isə onların bankların səmərəliyinə məhdudlaşdırdığını və “pul illüziyasını” yaratdığını qeyd edirlər. 

Tənzimləyici bildirir ki, hökumətlər iqtisadiyyatlarını təşviq etmək üçün lazım olan tədbirləri vaxtında görsəydilər, mənfi faiz dərəcələri bu qədər uzunmüddətli olmazdı. Avropa Mərkəzi Bankı inflyasiya hədəfini 2%-ə qədər uyğunlaşdıra bilər ki, bu da nəhayət yüksək inflyasiya gözləntilərinə səbəb olacaq.

Əlavə olaraq bazar iştirakçılarının “carry trade” əməliyyatlarının maliyyələşdirilməsində avronun valyuta kimi istifadəsi dövrünün başa çatdığını hesab etdiklərini qeyd etmək olar. 

Bu il avro bu strategiya çərçivəsində aktiv şəkildə istifadə edilib. 

Lakin bununla belə, avronun dəyişkənliyi tarixi minimuma düşüb və bu, spekulyantlara hərəkət azadlığını verib. 

Dəyişkənliyin artması investorları mövqelərini bağlamağa və avro almağa məcbur edəcək ki, bu da vahid valyutanın güclənməsi ilə nəticələnəcək.

Son xəbərlər
Digər xəbərlər