Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) il ərzində gənc sahibkarlardan 200-dən çox müraciət alıb.
Bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən Gənc Sahibkarların I Forumunda deyib.
O bildirib ki, müraciətlərin 60 faizi hüquqi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı, 30 faizi maliyyə ehtiyatlarına çıxışın əldə olunması, 10 faizi isə sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı olub.
O.Məmmədov əlavə edib ki, müraciətlərin 30 faizi yeni başlayan sahibkarlar, 70 faizi isə mövcud və ya inkişaf etmiş bizneslə məşğul olan sahibkarlar tərəfindən daxil olub:
“Gənc sahibkarların əsas fəaliyyət sahələri kənd təsərrüfatı, ticarət və xidmət sahələridir”
©Trend