“Bank Respublika” ASC kampaniya olaraq (dekabrın 30-nadək) istehlak kreditlərini daha cəlbedici etmək üçün şərtlərdə dəyişiklər edib.
Bu barədə Banker.az-ın Monitorinq Qrupu bildirir.
Belə ki, Bank istehlak kreditinin illik faiz dərəcəsini 18%-dən 16%-ə qədər azaldıb. Bundan sonra bank artıq istehlak kreditini 16%-dən başlayaraq müştərilərə təqdim edəcək.
Bundan əlavə, bank 10 min manata qədər bu krediti təqdim edirdisə, bundan sonra 20 min manata qədər kredit götürmə imkanı yaradır.