“Lester” klubunun türk futbolçusu Çağlar Söyüncü bu mövsüm göstərdiyi möhtəşəm performansı ilə transfer qiymətini yüksəldib.
Banker.azın Offsideplus.az istinadən verdiyi xəbərə görə , bu barədə “transfermarkt”ın saytı məlumat yayıb. Belə ki, türk müdafiəçinin qiyməti 40 milyon avro təşkil edir. O, “Lester”dən 85 milyon avroya “Mançester Yunayted”ə transfer edilən Harri Maquayrın yoxluğunu “tülkülər”ə tamamilə unutdurmağı bacarıb.
Qeyd edək ki, bundan əvvəl 23 yaşlı futbolçunun transfer məbləği 20 milyon avro təşkil edirdi. Çağların son açıqlanan transfer qiyməti isə türkiyəli futbolçular arasında rekord məbləğ sayılır. Ondan əvvəl isə bu rekord Arda Turan və Çingiz Ünderə məxsus idi (35 milyon avro).