Rusiya Federasiyasının Dövlət Duması bank rouminqinin ləğvi haqqında yeni qanun qəbul edib. Bu sənəd maliyyə qurumlarına bank daxilində kartdan karta pul köçürmələri əməliyyatlarına görə komissiya tutmağı qadağan edir. Daha əvvəl “bank rouminqi” ni ləğv etməyi Rusiyanın “Sberbank” bankının rəhbəri German Gref vəd etmişdir. Onun sözlərinə görə, bank 2020-ci ildə bölgələr arasında pul köçürmə əməliyyatlarına görə komissiya tutmağı dayandıracaq. Hal-hazırda “Sberbank” bölgələrarası pulköçürmə əməliyyatlarından 1,5% komissiya tutur (mobil tətbiq və ya bankomatlarda 1%).