Banklar likvid girov təqdim edə bilən müştərilərə daha loyal münasibət bəsləyir. Dəyərli əmlakın mövcudluğu kredit istəyən şəxsin gəlirlərinin yaxşı səviyyədə olmasını göstərir və digər tərəfdən sudanın geri qayıtmasını zəmanət verir. Amma daşınar əmlak olan avtomobil mənzil ilə müqayisədə daha çox risklərə məruz qalır.
Daşınmaz əmlakdan fərqli olaraq avtomobilin qiymətləndirilməsi daha az vaxt tələb edir. Ekspertiza üçün bank ya müstəqil qiymətləndirmə şirkətində çalışan mütəxəssislər dəvət edir, ya da öz əməkdaşlarının köməyindən istifadə edir. Kreditin məbləği avtomobilin qiymətləndirilmə dəyərinin 40-80%-ni təşkil edir (ən yaxşı halda 80%).
Faiz dərəcəsi avtomobilin kateqoriyasından (yəni markasından, ilindən və vəziyyətindən) asılı olaraq müəyyən edilir. Birinci qrupa mütəxəssislər yerli, Rusiya və Çin istehsalı olan avtomobilləri daxil edirlər, bunlara da ən az müddətə və əksər hallarda yüksək faizlə kredit verilir, çünki risk dərəcəsi daha çoxdur, ikinci qrupa isə – alman, yapon,fransız və italyan istehsalı olan məhsullar daxil edilir. Bunlardan alman avtomobillərinə tələbat çox olduğundan daha likvid sayılır və daha rahat girova götürülə bilir. Lakin yapon, fransız və italyan maşınlarına tələbat az olduğundan bunlar da digər texniki parametrlərə də diqqət yetirilir. Borcun məbləğinə və faiz dərəcəsinin həcmində həmçinin avtomobilin hazırkı vəziyyəti, neçənci il istehsalı olması, qəzaya düşüb-düşməməsi də təsir göstərir.
Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənədlər, avtomobilin texniki pasportu, gəlirlər haqqında arayış) və digər sənədlər lazım olacaq. Yadda saxlayın ki, kredit tam bağlanana qədər və avtomobil bankda girovda qalır (ipoteka müqaviləsinə əsasən bu da nəqliyyat vasitəsinin pasportunda qeyd olunur, hansı müddətli müqaviləyə əsasən hansı bankda girovdadır) və kredit tam bağlandıqdan sonra Bank Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin qeydiyyat şöbəsinə bankın möhürü ilə təsdiqlənmiş məktubuna əsasən avtomobil girovdan azad edilir.
Bir çox banklarda kredit girovlarının hansı risklərə məruz qalmasını izləyən xüsusi xidmət növləri fəaliyyət göstərir. Belə bölmələrin əməkdaşları girovların qiymətdən düşməsi kimi mümkün halların qarşısını almaq üçün girovları mütəmadi yoxlayır (girovun qəza keçirməsi, oğurlanması, köhnəlməsi, etibarnamə əsasında başqa şəxs tərəfindən idarə olunması) ya da onun yenidən qiymətləndirilməsini həyata keçirirlər. Kredit borcunun problemli kreditlər sırasına daxil olduğu halda həmin xidmət girov əmlakının realizasiyası prosesinə başlayır.