Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “SS.PROJE” ilə müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilədə Ağdaş rayonu ərazisində müvəqqəti məskunlaşmış 668 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi nəzərdə tutulub.
Müqavilənin məbləği 505 min 962 manatdır.