Böyük Britaniyanın Baş naziri Boris Conson Lids şəhərindəki süd məhsulları fabrikinə baş çəkərkən qarşısına çıxan müxbirlərdən yayınmaq üçün soyuducu kameraya gizlənib.
İTV-də yayımlanan “Good Morning Britain” (“Sabahın xeyir Britaniya”) verlişinin çəkiliş heyətinin canlı efirdə müsahibəsinə icazə almaq istədikdə hökumət başçısı onlara “bir saniyə” deyərək soyuducu kameranın qapısı arxasına keçib. Bu zaman B.Consonun nalayiq söyüş söydüyü dodaqlarından asanlıqla sezilib.
Verilişin aparıcısı Pirs Morqan B.Consonu 25 ildir tanıdığını, əvvəllər müsahibə verməklə bağlı hər hansı əngəllə qarşılaşmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.
©Report