9 C
Baku
Thursday, December 12, 2024

Milyarderlər gəlirliliyi zibil statuslu istiqrazlardan ikiqat çox olan yeni maliyyə aləti tapdılar

Maliyyə böhranından sonra banklar kiçik və potensial olaraq zəif olan şirkətlərə kredit vermək istəmirlər. Onların yerlərini texnoloji startaplara və iddialı layihələrə fondlardan pul ayıran milyarderlər tutub.

Dünyanın ən zəngin insanları, aşağı faiz dərəcəsi ilə pullarını qazanclı şəkildə yatırmaq üçün yeni yollar axtarışında olduqlarına görə, bankdan kredit almaqda çətinlik çəkənlərə müraciət edirlər. Belə ki, texnoloji startaplar, elit daşınmaz əmlak tikintisi və özəl investisiya şirkətləri kreditorlara güzəştli istiqraz emitentlərindən iki qat çox gəlir verə bilərlər.

Bu fürsət elitanın bir çox üzvünün diqqətini çəkib, “Bloomberg” yazır. Onlardan biri “Hyatt” otel şəbəkəsinin sahibləri Pritzker ailəsi və “Microsoft” şirkətinin qurucusu Bill Gates-dir. İsveçli maliyyəçi Robert Weil-ə məxsus olan “Proventus Capital” investisiya şirkəti və digər fondlar zəngin müştərilərə yatırım etdiklərini bildiriblər. Gates fonunun nümayəndələri məsələ ilə bağlı “Bloomberg” ə şərh verməkdən imtina ediblər, Pritzker ailəsi isə agentliyin göndərdiyi sorğuya cavab verməyə tələsmir.

Böhran effekti

Qlobal maliyyə böhranından sonra bankların tənzimləyicilərin təzyiqi ilə üzləşmələri səbəbindən birbaşa fərdi kreditləşmə bumu yarandı. Bu baxımdan kredit təşkilatları potensial olaraq daha zəif olan şirkətlərə kredit verməkdən çəkinirlər. “Preqin” tədqiqat şirkətinin 2000-ci ildən bu günə qədər bazarın 42,4 milyard dollardan 787,4 milyard dollara yüksəldiyini hesablayıb. Və bu trendin inkişaf etməsi ehtimalı var, – agentlik “Alternative Credit Council” təşkilatına istinadən yazır.

“Biz populyar, lakin kifayət edəcək qədər kapitalı olmayan sahələri seçirik”, – deyə “Shinnecock Partners” fondunun meneceri Alan Snyder qeyd edir. Xatırladaq ki, “Shinnecock” 5 milyondan 25 milyon dollaradək kreditlər verir. Öz biznesi sayəsində varlanmış insanlar tanışlara kredit verməyi üstün tuturlar.

“Equity Group Investements” in prezidenti Mark Sotir əlavə olaraq bildirir ki, bazardakı rəqabət get-gedə artır və bu, gəlirliliyin aşağı düşməsinə səbəb olur. Məhz bu səbəbdən dünyanın ən zəngin insanları banklarla müqayisədə daha üstündürlər.

Son xəbərlər
Digər xəbərlər