2 C
Baku
Sunday, December 15, 2024

Müsahibə zamanı bu suallara hazır olun

Bir çox müsahibələr oxşar ssenariyə sahibdir. Bütün müsahibələrdə eyni suallar verilsə də, onları düzgün cavablandırmağı bacarmaq lazımdır. Aşağıda hansı sualları necə cavablandırmalı olduğunuz ilə tanış ola bilərsiniz. Bu məsləhətlər sayəsində öz fərdi cavabınızı hazırlaya bilərsiniz. Doğrunu deməkdən çəkinməyin, özünüz olun, məşq edin və sizdə mütləq alınacaq.

1. Özünüz haqqında danışın. Nəyə görə bu vəzifə ilə maraqlanırsınız?

Qısa olaraq öz təcrübənizdən danışın, daha vacib olan məlumatlara diqqət cəmləyin və lazımsız məlumatlardan qaçın. Təcrübənizin bu vəzifəyə nə kimi yardımları olacağını qeyd edin. Sizin danışığınız sizi məsuliyyətli, ciddi və əməksevər bir namizəd kimi xarakterizə etməlidir. Vacib nailiyyətlər və təcrübələr üzərində vurğu ilə dayanın.

2. Şirkətimiz haqqında nə bilirsiniz?

Şirkətin fəaliyyəti ilə maraqlandığınızı, onun məhsullarını, tarixini, xidmətlərini, reputasiya və s. haqqında məlumata sahib olduğunuzu göstərin.

İşəgötürənin sizə daha çox şey danışmasına şərait yaradın, ona suallar verin və diqqətlə dinləyin.

3. Nəyə görə bizim şirkətdə işləmək istəyirsiniz?

Şirkətin tələblərini qiymətləndirin və onun üçün nələr edə biləcəyinizi və bu zaman hansı nəticələr əldə edəcəyinizi izah edin. Onların şirkətinin bir parçası, komandanın bir üzvü olmaq istədiyinizi və təcrübələrinizin buna imkan verdiyinizi bacardığınız qədər sübut edin.

4. Nəyə görə məhz sizi işə götürməliyik?

Sual bundan öncəki sual ilə oxşardır. İşəgötürənə çatdırmalı olduğunuz əsas fikir təcrübə və nailiyyətlərinizin sizə bu haqqı qazandırdığıdır.

5. Hansı mühitdə və kollektivdə işləmək daha rahatdır?

Bu suala cavab verməmişdən öncə şirkətin fəlsəfəsini qiymətləndirməli, işçilərin hansı mühitdə işlədiklərini öyrənmək lazımdır. Lakin hər şeydən öncə suala doğru bildiyiniz cavabı vermək lazımdır. Əks təqdirdə iş mühiti sizin üçün elə də asan olmayacaq.

6. 3-5 ildən sonra özünüzü kim olaraq görürsünüz?

Şirkətdə öz işinizi necə təsəvvür etdiyiniz barədə danışın. İşəgötürən ilk maneə ilə üzləşən kimi şirkətdən qaçmayacağınızı bilməlidir. Potensial vəzifə ilə bağlı karyera artımı imkanlarını qeyd edin, hansı ki, həm sizin, həm də şirkətin xeyrinə olacaq.

7. Zəif və güclü cəhətlərinizi izah edin

Səmimi olun, lakin söhbəti müsbət notlarla başa vurun. Daim öz professional və fərdi inkişafınız ilə məşğul olduğunuzu deyin. Hər hansısa çatışmazlığın öhdəsindən necə gəldiyinizi və necə dəyərə çevirdiyinizi deyin. Hər bir kəsin mənfi cəhətləri var. Əgər bu sizin peşə öhdəlikləriniz ilə birbaşa bağlı deyilsə, elə də qorxulu bir şey yoxdur.

8. Dost və yaxud kolleqalarınız sizi necə xarakterizə edə bilər?

Yaxın dostlarınızla ünsiyyət zamanı ən pozitiv anları yada salın. Öz tərəfinizdən olan tənqidi də yada sala bilərsiniz. Lakin bu zaman qarşınızdakı insanı dinləməyə və vəziyyəti dəyişmək üçün məsləhət də verməyə hazır olduğunuzu bildirin. İstənilən xarakterdə olan insanla yola gedə bildiyinizi izah edin, xüsusəndə iş şəraitində.

9. Əvvəli işinizi nə səbəbə tərk etmək istəyirsiniz?

Keçmiş və yaxud cari rəhbərinizi tənqid etməyin. Hazırki işinizdə istədiyinizə artıq nail olduğunuzu və dah da irəliləmək arzusunda olduğunuzu bildirin.

10. İşə nə vaxt başlaya bilərsiniz?

Həvəs və çeviklik nümayiş etdirin. Lakin unutmayın ki, bu hələ sizin şirkətə sabahdan etibarən lazım olduğunuz demək deyil.  Cari işiniz varsa, orada bütün işlərinizi tamamlayıb, daha sonradan şirkət ilə vidalaşmalısınız. Yeni rəhbər isə bunu anlayışla qəbul etməlidir. Belə ki, onlar da öz işçilərini itirmişlər. Eyni zamanda, bu sizə ehtiyacı olduqlarını sübut etmiş olacaq.

Unutmayın ki, müsahibədə yalnız siz suallara cavab vermirsiniz. İşəgötürən şəxs də sizin suallara cavab verməlidir. Şirkət barədə düzgün məlumat toplayaraq doğru suallar seçə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər