6 C
Baku
Wednesday, December 31, 2025

ABŞ Çindən gətirilən mallara tətbiq etdiyi idxal rüsumlarını 2 dəfə azaltmağı təklif etdi

ABŞ nümayəndəsi ÇXR ilə danışıqlarda dəyəri 360 milyard dollar olan Çindən gətirilən mallara tətbiq etdiyi idxal rüsumlarını 2 dəfə azaltmağı təklif edib. Bu haqda “The Wall Street Journal” yazır.

Eyni zamanda Amerika tərəfi dekabrın 15-də qüvvəyə minəcək ticarət tariflərinin tətbiq edilməsini ləğv etməyi təklif edib.

Müvafiq təklif son beş gün ərzində irili sürülüb, bunun müqabilində Çin öz üzərinə  ABŞ-ın kənd təsərrüfatı məhsullarını almaq öhdəliyini götürür. ABŞ-ın irəli sürdüyü tələblərin yerinə yetirilmədiyi təqdirdə, rüsumlar əvvəlki səviyyəyə qaytarılacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp, Çin ilə ticarət müqaviləsinin bağlanması məsələsini təxirə salacağını bildirmişdir. Bunun əsas səbəbi kimi siyasətçi ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərini göstərmişdir.

Son xəbərlər
Digər xəbərlər