2 C
Baku
Saturday, December 14, 2024

Daşınmaz əmlakın icbari sığortası 12 % artdı

2014-cü ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 15,637 , daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 343, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,228,651 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 26,400 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6,960 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 11,77 %, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,29% artım müşahidə edilmişdir.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 83,26 %-i yaşayış evləri və mənzillər, 0,52 %-i inzibati binalar, 16,22%-i digər daşınmaz əmlakla bağlı olmuşdur.İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

xnckxs

Son xəbərlər
Digər xəbərlər