İsveçrə parlamentinin (Federal Assambleya) Aşağı palatası bank məlumatlarının avtomatik mübadiləsi sazişinə quşulan dövlətlərin sayının artırılmasını təsdiqləyib.
“Swissinfo.ch”yə istinadən xəbər verilir ki, aralarında Azərbaycanın da olduğu həmin ölkələr vətəndaşlarının, o cümlədən vergi ödəyicisi qismində İsveçrədə yaşayanların bank hesablarına dair məlumatlar alacaqlar. Eyni zamanda həmin ölkələrdən orada yaşayan və vergi ödəyən isveçrəlilərin də bank hesablarına dair məlumatlar alınacaq.
Bu yaxınlarda İsveçrə hökuməti ölkədə əcnəbilər tərəfindən açılmış 3,1 milyonadək bank hesabına dair məlumatları həmin şəxslərin doğulduğu və ya yaşadıqları ölkələrə təqdim etdiklərini, eyni zamanda İsveçrə vətəndaşları/residentləri tərəfindən 75 tərəfdaş ölkədə açılmış 2,4 milyonadək hesabın bank rekvizitləri barədə məlumat aldıqlarını açıqlamışdı. Report