10 C
Baku
Friday, December 13, 2024

Nazir Naxçıvan məhkəmələri ilə bağlı əmr imzaladı

“Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiqlənib.Bununla bağlı Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, Fikrət Məmmədov qərar imzalayıb.

Qərarla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” qanunun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edilməsinin nəzərə alınması bildirilib.

Bildirilib ki, Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası” 2020-ci il yanvarın 1-dən qüvvədən düşmüş hesab edilsin.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının 2017-ci ilin 11 aprel tarixli qərarı ilə  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası İnzibati-iqtisadi Məhkəməsinin ərazi yurisdiksiyası “Məhkəmələr və hakimlər haqqında” qanunun 52-ci, 30-2-ci, 32-ci, 43-cü maddələri ilə müəyyən edilirdi.                        

Son xəbərlər
Digər xəbərlər