Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “Paşa Kapital İnvestisiya Şirkəti” Qapali Səhmdar Cəmiyyəti ilə satınlama müqaviləsi imzalayıb.
Banker.az xəbər verir ki, investisiya şirkəti İKZF üçün qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınmasını həyata keçirəcək. Müqaviləyə əsasən əməliyyatların həcmi 60 mln. manat məbləğində nəzərdə tutulur.
Buna qədər isə Fond 2019-cu ilin fevralında “Azfinance İnvestisya Şirkəti” QSC ilə 18 min manat müqabilində anlaşmışdı. Lakin, “PAŞA Kapital İ.Ş” buna görə cəmi 15 min manata həyata keçirəcək, yəni, 17% daha ucuz.
Fond sonuncu dəfə investisiya şirkətlərindən digər bazarın gənc iştirakçısı olan “BTB Kapital İnvestisya Şirkəti” ilə 22 min manata anlamışdı, lakin, bu müqavilənin predmeti bir qədər fərqli idi. 30 avqust 2019-cu ildə bağlanılan müqaviləyə əsasən investisiya xidmətlərinin satına alınması idi.