2 C
Baku
Saturday, December 14, 2024

DÇ ərəfəsində Braziliyada “həyat” neçəyə olacaq?

Futbol üzrə dünya çempionatının başlamasına cəmi 3 gün qalıb. Artıq ilk futbol pərəstişkarları və turistlərə Braziliyaya gəlmiş və öz təəssüratlarını bölüşmüşlər. Onların diqqətini çəkən ilk cəhət qiymətlərin yüksək olmasıdır.

Belə ki, burada ənənəvi Cənubi Amerika kokteyli təqribən 10 dollar, çizburger 17, standart pizza isə 35 dollardır. Bununla yanaşı, bu qiymətlər turnirin başlamasından hələ uzun müddət əvvəl qeydə alınmış və yerli əhalinin heyrətinə səbəb olmuşdu.

h43qCGblxKk

Qiymətlərin belə yüksək olması yüksək vergilər, idxala təyin edilmiş yüksək tariflər, pis infrastruktur və ölkədə yüksək bürokratiyanın olması ilə izah edilir. Turistlərə əvvəlcədən yüksək hesab ödəyəcəkləri və aşağı səviyyəli xidmətlə üzləşəcəkləri barədə xəbərdarlıq edilir. Braziliyada aldığınız istənilən əşya Avropa və ABŞ-da olduğundan daha baha olacaq. Mütəxəssislərin qeyd etdiyinə görə isə bu əşyaların keyfiyyəti digər ölkələrdə olduğundan nisbətən aşağı olacaq.

Çempionatın ən bahalı şəhəri isə Riodur. Burada mənzillərin orta qiyməti 445 dollar həcmindədir. Buraya ərzaq, bilet və digər xərcləri də əlavə etsək, Rio şəhərində 1 gün qalmaq üçün 682 ABŞ dolları tələb olunur. Braziliya milli komandasının futbol geyimini əldə etmək arzusunda olsanız buna 100 dollar ödəməli olacaqsınız.

Beləliklə, Braziliya 1 gün keçirməniz üçün sizə orta hesabla 400-600 dollar lazım olacaq.

Son xəbərlər
Digər xəbərlər