6 C
Baku
Sunday, December 15, 2024

Dövlət Reklam Agentliyi 2 milyon manatdan çox xalis mənfəət əldə edib

Azərbaycan Dövlət Reklam Agentliyi  ötən il 2 milyon 115 min manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə maliyyə hesabatına istinadən xəbər verir.

2019-cu ilin yanvarın 1-nə ADRA-nın aktivləri 6 milyon 822 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə  3,8 dəfə çox deməkdir.

2018-ci ildə Azərbaycan Dövlət Reklam Agentliyinin cəmi gəlirləri 13 milyon 263 min manat olub. Həmçinin ADRA-nın reklam yayımı haqlarından gəlirləri 12,5 milyon manat, reklam daşıyıcılarının satışından gəlirləri 445 min manat, digər gəlirləri isə 318 min manat təşkil edib.

Ötən il ADRA-nın cəmi xərcləri isə 10 milyon 334 min manat təşkil edib. Azərbaycan Dövlət Reklam Agentliyinin 2018-ci ilin 31 dekabr tarixinə insan resursları üzrə xərcləri 6 milyon 834 min manat, digər əməliyyat xərcləri 2 milyon 581 min manat, satdığı malların maya dəyəri 434 min manat, amortizasiya xərcləri 312 min manat, digər xərcləri isə 173 min manat olub.

Son xəbərlər
Digər xəbərlər