2 C
Baku
Saturday, December 14, 2024

Moody’s 2020-ci ildə dünyada minik avtomobil satışlarının azalacağını proqnozlaşdırır

Moody’s beynəlxalq reytinq agentliyi, ardıcıl olaraq iki il dünyada minik avtomobillərinin satışının azalması səbəbiylə dünya avtomobil sektorunun gələn il üçün proqnozunun mənfi olacağını bildirib.

“Dünyadakı avtomobil satışları ardıcıl olaraq iki ildir ki, 2019-cu ildə gözlənilən 3,8%-lik azalmadan sonra 2020-ci ildə 0,9% azalacağını gözləyirik”, – agentliyin baş vitse-prezidenti Falk Frey bildirir.

Mənfi proqnozun, o cümlədən satışların azalmasının əsas səbəbi Çin, Aİ, Almaniya, ABŞ və digər bu kimi ölkələrin bazarlarında zəif iqtisadi artımdır.

Nəticədə, Şimali Amerika və Avropada avtomobil ehtiyat hissələri tədarükçüləri üçün gəlirlərin azalacağı gözlənilir. Belə ki, Şimali Amerika tədarükçüləri üçün 2019-cu ildə EBITA göstəricisi təxminən 10% azalacaq, 2020-ci ildə isə 1% bərpa olsa da ümumi gəlir artımı zəif qalacaq.

Son xəbərlər
Digər xəbərlər