26 C
Baku
Tuesday, April 30, 2024

UEFA-nın ayırdığı vəsaitlər Azərbaycan klublarının hesablarına köçürülüb

2018-2019-cu il mövsümündə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərində iştiraka görə UEFA tərəfindən ayrılmış 85 min 280 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb. 

Banker.az xəbər verir ki, Report Agentliyinin məlumatına görə, “Qarabağ”a 51 min 920 avro, “Neftçi”, “Qəbələ” və “Keşlə”nin hər birinə isə 11 min 120 avro ödənilib. 

“Keşlə” klubu üçün nəzərdə tutulan vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər