Həyatımızın qiymətli dəqiqələrini nəyə xərclədiyimizi nə vaxtsa düşünmüsünüzmü? İlk baxışdan qəribə görünsə də, biz həyatımızın böyük bir hissəsini boş-boş şeylərə qurban veririk. Aşağıda bir insanın ömrü boyu orta hesabla gündəlik fəaliyyətlərinə nə qədər zaman xərclədiyi ilə tanış ola bilərsiniz.
- Bizlərdən hər birimiz həyatının 115 gününü gülərək keçirir.
- Həyatımızın 99117 saatını işdə keçiririk.
- Qadınlar həyatlarının 136 gününü bəzənməklə keçirirlər.
- 23214 saatımızı paltar yuyaraq keçiririk.
- 2170 saatımızı günəş vannası qəbul etməklə keçiririk.
- 653 saat nəqliyyat vasitəsi gözləyirik.
- Siqaret çəkən insanlar 160 gününü siqaret çəkməyə sərf edir.
- 7 il gecələr yatmırıq.
- 6 ayımızı növbədə duraraq keçiririk.
- 20 həftə cavab gözləyirik.
- 4 ilimizi işlə bağlı telefon danışıqlarına sərf edirik.
- 658 saatımızı romantik dəqiqələrdə keçiririk.
- Kişilər həyatının 3000 saatını təraş olmağa sərf edir.
- 366 günü biz xəstə olaraq keçiririk.
- Nə qədər təəssüf doğursa da, 11 ilimizi televizor qarşısında oturaraq keçiririk.
- Həyatımızın 5 ayını gileylənirik.
- 38003 saatımızı yemək yeyirik.
- Həyatımızın 5 ilini internetdə online oluruq (texnologiyanın inkişafı ilə bu göstərici artır).
- 46800 saat evdə təmizlik işləri görürük.
- 26 ilimizi yuxuda keçiririk.
- Kişilər öz həyatlarının cəmi 46 gününü özlərinə qulluq etməklə keçirirlər.