Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və SOCAR AQS şirkəti arasında enerji sahəsində regional əməkdaşlığın inkişaf etdirilməsinə dair razılıq əldə olunub.
QDTİB ticarətin maliyyələşdirilməsi mexanizmi çərçivəsində SOCAR AQS-ə 20 mln. avro ayıracaq. Sözügedən vəsait QDTİB üzv ölkələrindən sənaye avadanlıqlarının və materialların idxalına yönəldiləcək.
Soloniki şəhərində əldə olunmuş razılaşma Rusiya, Rumıniya, Türkiyə və Ukraynadan əldə olunacaq avadanlıq və materiallar hesabına regionun inkişafına töhfəsini verəcək.
“Azərbaycanda və bütün Qara dəniz regionunda enerji bazarının əsas oyunçusu olan SOCAR AQS-i dəstəkləyən ilk beynəlxalq maliyyə qurumu olmaqdan məmnunuq. Enerji və infrastruktur regional inkişafda mühüm rol oynayır və bizim üçün strateji prioritetdir. SOCAR AQS ilə tərəfdaşlıq bölgədəki bir çox istehsalçı və təchizatçı üçün əhəmiyyətli iqtisadi fayda və texnoloji inkişaf imkanları yaradacaq. Qarşıdakı illərdə tərəfdaşlığımızı daha da inkişaf etdirəcəyimizə ümid edirik”, – deyə QDTİB-in prezidenti Dmitri Pankin bildirib.
©APA