“Gələn il Gürcüstan və Azərbaycan arasında yeni aviareys açılacaq”.
Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.
Onun sözlərinə görə, Azərbaycanın aviaşirkətlərindən biri Bakı-Tbilisi-Batumi reysini yerinə yetirməyə başlayacaq.
Səfir deyib ki, iki ölkə arasında vahid turist paketlərinin hazırlanması istiqamətində işlər davam etdirilir: “Bu paket çərçivəsində ziyarətçilər həm Gürcüstan, həm də Azərbaycana səfər edərək hər iki ölkənin mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər”.
Z.Pataradze qeyd edib ki, vahid turpaketlər Gürcüstan və Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir edəcək.
Report