2 C
Baku
Friday, January 2, 2026

Nümayəndələr Palatası Trampın impiçmentini elan edib

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki – “Səlahiyyətlərin aşılması” “Konqresə mane olma” maddələrinə səs verib. Bu barədə RİA “Novosti” xəbər verir.

Məlumata görə, səsvermələrin nəticələri partiya əlaməti üzrə bölünüb — palatanın demokratlardan ibarət üzvləri impiçmentin lehinə səs verib. Respublikaçılar buna qarşı çıxıblar.

İndi işə baxılması ilə Senat məşğul olacaq, hansı ki, Tramp üzərində məhkəmə prosesini keçirməlidir. Qeyd edilir ki, Konqresin yuxarı palatasında respublikaçıların əksəriyyəti Trampın impiçmentini dəstəkləməyə hazırlaşmır.

Demokratlar bildirirlər ki, prezident Tramp Ukraynanın dövlət başçısı Vladimir Zelenskidən rəqibi Co Baydenə qarşı araşdırma formasında siyasi xidmət tələb edərək, Konqres tərəfindən bəyənilmiş Ukraynaya hərbi yardımın edilməsini yubadıb. Tramp isə öz növbəsində bildirir ki, o, yalnız Ukrayna hakimiyyətindən korrupsiyaya qarşı mübarizə aparılmasını tələb edib.

Report

Son xəbərlər
Digər xəbərlər