2 C
Baku
Saturday, December 14, 2024

Moody’s qlobal iqtisadiyyat üçün əsas təhdidin nə olduğunu açıqladı

“Moody’s Analytics”-in baş iqtisadçısı Mark Zandi, Çin şirkətlərinin korporativ borcu qlobal iqtisadiyyat üçün böyük təhlükə yaratdığını söyləyib. O qeyd edib ki, ölkə müəssisələrinin borc yükü sürətlə artır. BVF digər ölkələrdəki vəziyyətdən də narahatdır.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin şirkətlərinin bir çoxu ABŞ ilə gedən ticarət müharibəsi də daxil olmaqla, ölkə iqtisadiyyatındakı yavaşlamadan əziyyət çəkir. “ABŞ-da da eyni mənzərəni izləmək olar. İqtisadiyyat yavaşlamağa başlasa, ağır borc yükü olan şirkətlər həssas olacaqlar”, – Zandi qeyd edir.

CNBC-nin verdiyi məlumata görə, bu gün Çin iqtisadiyyatının ən böyük problemi borcdur. Ölkə həssaslığını azaltmaq məqsədilə əlavə vəsait cəlb etməyə, o cümlədən tənzimləməni daha da sərtləşdirməyə çalışır. ABŞ və Çin arasında gedən ticarət müharibəsi səbəbindən bu tədbirlər nəticə vermir.

2019-cu ilin 11 ayı ərzində Çin şirkətlərinin 4,9%-i istiqraz ödəmələrində defolta yol verib. Bu, böyük artımdır: 2014-cü ildə belə müəssisələrin payı cəmi 0,6% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər