Azərbaycan və Türkiyə arasındaki ticarət mübadiləsinin həcmi 34% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4 026 707,4 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 039 102,05 min dollar və ya 34,8% artıb.

Banker.az Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin on bir ayında Azərbaycandan Türkiyəyə ixracın həcmi 2 544 335,01 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 994 171,66 min dollar və ya 64,1% çoxdur. İdxalın həcmi isə 1 482 372,39 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 44 930,39 min dollar və ya 3,1% artıb.

Nəticədə, 1 061 962,62 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 949 241,27 min dollar və ya 9,4 dəfə çoxdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər