7 C
Baku
Thursday, December 12, 2024

“The Economist” Özbəkistanı ilin ölkəsi elan edib

İngiltərənin “The Economist” jurnalının verdiyi məlumata görə, ilin ölkəsi Özbəkistan seçilib. Redaksiya heyətinin fikrincə, 2019-cu ildə bu ölkədə vəziyyət “nəzərəçarpacaq qədər dəyişib”. Pozitiv dəyişikliklər prezident Şavkat Mirziyoyevin islahatlara başladığı ildən başlamışdır.

Xatırladaq ki, Şavkat Mirziyoyev 2016-cı ildə Kərimovun ölümündən sonra hakimiyyətə gəlmişdir. Yeni prezident 2018-ci ildə aktiv fəaliyyətə keçdi. Onun hökuməti məcburi əməyi xeyli dərəcədə azaltdı, xarici jurnalistlərin işləməsinə icazə verdi, daha çox sərhəd keçidləri açdı və ən ağır həbsxanalardan birinin bağlanmasına dair qərar qəbul etdi.

Qeyd edək ki, bu il “İlin ölkəsi” adını qazanmağa layiq olan namizədlərin sayı olduqca çox olub – Yeni Zelandiya, Şimali Makedoniya, Sudan və Özbəkistan.

Ötən ildə “The Economist” Ermənistan, Malayziya və Efiopiya arasında seçim etmişdir.

Son xəbərlər
Digər xəbərlər