10 C
Baku
Friday, December 13, 2024

Borc içində keçən həyat!

Bu dünya maliyyə çarxının necə döndüyünü sübut edən kiçik bir tarixçədir. Bir dəfə bir tədarüklü və varlı sərahətçi mehmanxana sahibinə 50 dollar girov olaraq pul verir. Özü isə bəzi işlərini həll etmək üçün bir-iki saatlıq gedir. Mehmanxana sahibi o geri dönənə qədər ona ən yaxşı otağı hazırlayacaqlarını vəd edir. Səyahətçi işlərini həll etməyə getdikdə, mehmanxana sahibi vaxt itirmədən pulları götürür və qəssabın yanına gedərək ona borclu olduğu 50 dolları qaytarır. Qəssab isə öz növbəsində ətə görə ferma sahibinə 50 dollar borclu idi və onun yanına gedərək borcunu qaytarır. Ferma sahibi bu pullar avtomobil ustasına olan borcunu, usta isə mağazaya olan borcunu ödəyir. Mağaza sahibi isə mehmanxana sahibinə bir neçə günlük qohumlarını qəbul etdiyinə görə borclu olduğu 50 dolları ödəyir.

Səyahətçi 1 saatdan sonra qayıdır, planları dəyişdiyi üçün dərhal gedəcəyini bildirir və girov olaraq qoyduğu 50 dolları geri istəyir. O 50 dollarını götürür və gedir. Şəhərin heç bir sakini heç nə əldə etmir, lakin artıq heç kimin heç kimə borcu qalmır.

Son xəbərlər
Digər xəbərlər