7 C
Baku
Thursday, December 12, 2024

“Uber” taksi şirkəti Almaniyadan qovuldu

Almaniyanın Frankfurt şəhərinin rayon məhkəməsi “Uber” in ölkədə fəaliyyətini qadağan edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara görə, alman torpaqlarında hər bir qanunsuz səfər üçün “Uber” 250 avro cərimə ödəməli olacaq. Pozuntular təkrarlandığı təqdirdə, bu məbləğ 250 min avroya qədər arta bilər.

Qeyd etmək lazımdır ki, 2017-ci ildə Avropa Məhkəməsinin rəyi ilə şirkət AB-də iş modelini əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, müstəqil sürücülərdən istifadə etmək əvəzinə, “Uber” lazımi lisenziyaları olan xüsusi xidmətlər ilə eksklüziv müqavilələr bağlayır.

Lakin bu, alman taksi sürücüləri üçün kifayət etməyib: onlar ədalətli rəqabət qaydalarını pozaraq məhkəmə iddiası qaldırdılar. Təbii ki, “Uber” məhkəmənin qərarına qarşı etiraz edəcəyini bildirib, məsələ həll olunana kimi müştərilər şirkətin xidmətlərindən istifadə edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər