Banker.az olaraq bu dəfə ipoteka kreditləri hansı banklarda aktivdir və şərtləri barəsində araşdırdıq.
İpoteka kreditləşməsi üzrə müvəkkil kredit təşkilatları bu linkdə https://mcgf.az/menu/34 qeyd olunub. Ancaq hal-hazırda bəzi banklara ayrılmış limit bitib. Yalnız bir neçə bankda ipoteka krediti aktivdir.
İndi isə banklarımızın İpoteka kreditlərinin şərtlərini təqdim edirik.
İKZF hesabına verilən ipoteka krediti hansı banklarda aktivdir? | ||||
Adi ipoteka kreditləri | ||||
Banklar | Maks məbləğ | İlkin ödəniş faizi | Müddət | İllik faiz dərəcəsi |
Accessbank | – | – | – | – |
AFB bank | – | – | – | – |
AGBank | – | – | – | – |
Amrahbank | – | – | – | – |
AtaBank | – | – | – | – |
Azərbaycan Beynəlxalq Bankı | – | – | – | – |
Azərbaycan Sənaye Bankı | – | – | – | – |
Azər-Türk bank | – | – | – | – |
Bank Avrasiya | – | – | – | – |
Bank of Baku | – | – | – | – |
Bank BTB | – | – | – | – |
Bank Respublika | – | – | – | – |
Premium bank | – | – | – | – |
Bank VTB | – | – | – | – |
Expressbank | – | – | – | – |
Günaybank | – | – | – | – |
Xalqbank | 150 000 AZN | 30% | 25 il | 7% |
Kapital bank | 150 000 AZN | 20%-30% | 25 il | 7%-8% |
Melli İran Bankı Bakı filialı | – | – | – | – |
Muğanbank | – | – | – | – |
Naxçıvanbank | – | – | – | – |
NBCBank | 150 000 AZN | 20% | 25 il | 7% |
Yelo bank | – | – | – | – |
Paşa bank | 150 000 AZN | 30% | 25 il | 7%-8% |
Rabitəbank | – | – | – | – |
Turanbank | – | – | – | – |
Unibank | – | – | – | – |
Yapı Kredi Bank | – | – | – | – |
Ziraat Bank | – | – | – | – |
Kapital Bank – Adi ipoteka krediti üçün maksimal məbləğ 150 000 AZN, maksimal illik faiz dərəcəsi 8%, maksimal müddət 25 il, ilkin ödəniş təzə bazar üzrə 20%– dən başlayaraq təkrar bazar üzrə 30% nəzərdə tutulub.
Xalqbank – müraciət etmək üçün http://e-gov.az saytı vasitəsilə qeydiyyatdan keçib növbəyə durmaq lazımdır.Növbə çatanda yaratdığınız şəxsi kabinetə bildiriş daxil olacaq. Adi ipoteka illik 7%-lə 25 ilədək ayrılır. İlkin ödəniş isə 30%-dir. Adi ipoteka üçün 150000 AZN nəzərdə tutulub.
Nbcbank – Hal-hazırda yalnız Melissa Park və Bakı Mexanikləşdirmə şirkətlərindən bankımız vasitəsi ilə ipoteka ilə ev ala bilərsiniz. Köhnə binalara limit aktiv deyil. İllik 7 %, ilkin ödəniş 20 % təşkil edir. Maksimal məbləğ 150 000 manat, maksimal müddət isə 25 ildir. Tələb olunan sənədlərə şəxsiyyət vəsiqənizin notarial qaydada təsdiqi, ( Ailəlisinizsə : həyat yoldaşınızın şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqi , nigah haqqında şəhadətnamənizin notarial qaydada təsdiqi, övladınız varsa şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqi) , subaysınızsa subaylıq haqqında arayış, Asan xidmətdən ailə tərkibi haqqında arayış, iş yerindən arayış,son 1 illik maaş haqqında bankdan çıxarış, əmək müqaviləsi və ya əmək kitabçanızın notarial qaydada təsdiqi daxildir.
Pasha Bank – Hazırda PAŞA Bank ASC tərəfindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) vəsaiti hesabına verilən İpoteka ilə bağlı qeydiyyat aşağıda qeyd olunmuş qaydada həyata keçirilir :1 ASAN Xidmətə yaxınlaşaraq Asan İmza əldə edirsiniz; 2. www.e-gov.az saytına daxil olaraq, “Elektron İpoteka sistemi” seçib, ASAN imza ilə sistemə daxil olursunuz; 3 Bank seçimini edirsiniz; 4 Qeydiyyatdan keçdikdə daxil etdiyiniz email ünvana tələb olunan sənədlərlənin siyahısı və növbə haqqında məlumat göndərilir. İş stajı: minimum 3 ay. Lakin müştəri əvvəlki 12 təqvim ayı ərzində əmək müqaviləsi üzrə fasiləsiz işləmiş olmalıdır. Adi İpoteka krediti – 150 000 AZN, müddət – 300 ay, faiz dərəcəsi: PAŞA Şirkətlər Qrupunun işçiləri uçün – 7%, PAŞA Şirkətlər Qrupunun işçiləri olmayan, PAŞA Bank əmək haqqı kart sahibləri və başqa müştərilər üçün – 8%, İlkin ödəniş: PAŞA Şirkətlər Qrupunun işçiləri uçün – minimum 20%, PAŞA Şirkətlər Qrupunun işçiləri olmayan, PAŞA Bank əmək haqqı kart sahibləri və başqa müştərilər üçün – minimum 30%-dir.