İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (əvvəlki Vergilər Nazirliyi) Maliyyə təşkilatlarının audit şöbəsinin yeni müdiri təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu Namiq Qiyasov Tofiq oğlu-dur. O, artıq yeni vəzifəsinin icrasına 2019-cu ilin dekabrından başlayıb.
N.Qiyasov buna qədər, “Azsığorta” ASC-nin Baş mühasibi və Baş maliyyə inzibatçısının müavini kimi çalışırdı.
Bundan əlavə, “Deloitte Azerbaijan” MMC, “Gilan Holdinq” MMC və “Axa MBASK” kimi şirkətlərdə çalışıb.
Qafqaz Universitetinin məzunudur.