10 C
Baku
Thursday, December 12, 2024

İngiltərə Bankının yeni rəhbəri kimdir?

Birləşmiş Krallığın Maliyyə Tənzimlənməsi və Nəzarəti İdarəsinin hazırkı rəhbəri britaniyalı Endryu Beyli, İngiltərə Bankının yeni rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə öz mənbələrinə istinadən cümə axşamı günü “Financial Times” açıqlama verib. 

2013-cü ildən 2016-cı ilə qədər İngiltərə Mərkəzi Bankının rəhbər müavini vəzifəsini icra edən 60 yaşlı Beyli, ölkənin kanadalı Mark Karnini əvəz edəcək. O, 2013-ci ildən bəri bu instituta rəhbərlik edir və daha əvvəl 2020-ci il yanvarın 31-də istefa edəcəyini açıqlamışdı. 

Ümumilikdə, Cambridge Universitetinin məzunu olan Beyli, 1985-ci ildən İngiltərə Bankında işləmiş, üç il əvvəl müstəqil fəaliyyət göstərən nəzarət agentliyinin başına gətirilmişdi. 

“Financial Times” ın verdiyi məlumata görə, Beylinin əsas rəqibləri London iqtisadiyyat məktəbinin direktoru Minusz Shafik, Britaniyanın “Santander UK” bankının rəhbəri, baronessa Shriti Vadera və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş üzvü Kevin Uorsh olub. 

Endryu Beyli

Nəşrin məlumatına görə, rəsmi olaraq Beylinin təyinatı dekabrın 21-də elan edilməlidir. O, Avropa və dünyanın ən qədim mərkəzi banklarından biri olan İngiltərə Bankının 325 illik tarixində 121-ci rəhbəri olacaq. 

Endryu Beyli İngiltərə Bankının rəhbəri vəzifələrinin icrasına Brexit məsələsi öz həllini tapandan başlayacaq. Xatırladaq ki, Brexit 2020-ci il yanvarın 31-də planlaşdırılıb. Bank rəhbərinin səlahiyyətlərinin müddəti 8, müavinlərin isə 5 il təşkil edir. 

İngiltərə Bankı ÜDM-un artım proqnozunu azaltmaqla baza faiz dərəcəsini əvvəlki səviyyədə saxlayır

İngiltərə Bankı dekabr görüşündən sonra Avropa Birliyindən çıxması ilə bağlı danışıqların növbəti mərhələsinə diqqət yetirməyi qərara alaraq, baza faiz dərəcəsini dəyişməz saxladı (0,75%). Tənzimləyicinin qərarı proqnoza uyğun olub. 

Pul siyasəti Komitəsinin doqquz üzvündən yeddisi faiz dərəcəsini eyni səviyyədə saxlamağa səs verib. 

Komitənin iki üzvü – Maykl Sonders və Jonathan Haskel faiz dərəcəsinin azaldılmasına səs verib. 

qrafik jdjcdkj

2019-cu ilin dördüncü rübü üçün İngiltərə ÜDM-un artım proqnozunu 0,1%-ə endirib. Noyabr ayında 0,2% artım gözlənilir. 

 

Son xəbərlər
Digər xəbərlər