Azərbaycan Respublikasının Prezidenti Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barəsində sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.