Almaniyanın “Volkswagen” avtomobil şirkəti “rəqəmsal transformasiya” yol xəritəsi çərçivəsində növbəti illər üçün planlarını açıqlayıb.
Şirkət elektrik və hibrid texnologiyaların inkişafı üçün 19 milyard avro investisiya qoyacaq.
Şirkət 2020-ci ildə 34 yeni model təqdim edəcəyini açıqlayıb. Onlardan 12-i krossover, 8-i hibrid və batareyalı avtomobillər olacaq.
Bundan başqa, “Volkswagen” Paris iqlim sazişi çərçivəsində 2025-ci ilədək istehsal prosesində karbon qalıqlarını iki dəfə azaltmağı planlaşdırdığını açıqlayıb.
©Trend