Rusiyanın “Sberbank” bankı filiallarından birini McDonald’s da açıb.
Banker.az “Forbes”ə istinadən xəbər verir ki, Moskva şəhərinin Novoslobodskaya küçəsi, ev 16 ünvanında yerləşən filiala gələn müştərilər indi “McCafe”-dən qəhvə içə və McDonald’s-dan sifariş verə bilərlər. Çatdırılma “Sberbank” ekosisteminin bir hissəsi olan “Delivery Club” xidməti tərəfindən həyata keçirilir.
Qeyd edildiyi kimi, “Sberbank”, McDonald’s və “Delivery Club” ın işə saldığı layihə, müştərilər üçün “daha komfort” şərait yaratmaq məqsədini daşıyır. “Sberbank” ın filiallarına müştəri axını azalır və üç-beş il ərzində daha 30% azalacaq. Bankın əsas vəzifəsi müasir tendensiyalara əməl etmək deyil, onu pozmaq və filiallara gələn müştərilərin sayını artırmaqdır.
Müştərilər yeməyi təkcə “Sberbank” ın bu filialında deyil, eyni zamanda başqa bir ünvanda da sifariş edə bilərlər. Bankda sifariş almaq istəyənlər üçün gözləmə və vermə zonası yaradılıb. Qeyd edək ki, yeməklər ofis daxilində də yeyilə bilər.