1 C
Baku
Saturday, December 14, 2024

“Bakı Telefon Rabitəsi”nin nizamnamə kapitalı 4%-dən çox artırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin nizamnamə kapitalı 1 milyon 871 min 221 manat və yaxud 4,5% artırılıb.

Şirkətin kapitalı 41 milyon 279 min 467 manatdan 43 milyon 150 min 688 manata çatdırılıb.

Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında 2017-ci ildə yaradılıb.

©Report

Son xəbərlər
Digər xəbərlər