“PAŞA Həyat Sığorta” şirkəti müştərilərin rahatlığını nəzərə alaraq onlar üçün yeni 942 qısa nömrəli Çağrı Mərkəzi xidmətini istifadəyə verib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, şəhər nömrələrindən birbaşa 942, mobil nömrələrdən isə (012) 942 yığmaqla şirkətin Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
Müştərilər (012) 942 qısa nömrəsinə zəng etməklə şirkətin təklif etdiyi həyat sığortası məhsulları haqqında geniş məlumat ala bilərlər. Bununla yanaşı, müştərilər Çağrı Mərkəzini yığmaqla sığorta hadisələri ilə bağlı məlumat, eyni zamanda istək və təkliflərini də qeyd edə bilərlələr.
Qeyd edək ki, Çağrı Mərkəzi həftənin 5 günü – Bazar ertəsi günündən Cümə gününədək saat 09:00-dan 18:00-dək xidmət göstərir. İş günü başa çatdıqdan sonra, həmçinin şənbə və bazar günləri edilən zənglərdə müştərilər istək və təkliflərini qeyd edə bilərlər. Növəbti iş günü başlayanda qeyd edilən günlərdə olunan zənglərə cavab olaraq onlarla dərhal əlaqə saxlanılır.