Dövlət qulluqçular günü münasibətilə Azər-Türk Bank 15%-dən başlayaraq arayışsız kreditlər təklif edir!
Azər-Türk Bank 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə 17 iyun – 17 iyul tarixləri arasında yeni kampaniyaya start verib. Belə ki, dövlət qulluqçuları əmək haqqı kart hesablarından son 6 ayın çıxarışını təqdim etməklə illik 15%-dan başlayaraq 50,000 AZN qədər kreditlər əldə edə biləcəklər.
Bundan başqa həmin tarixlərdə müraciət edən dövlət qulluqçuları Master Gold kredit kartları əldə edə biləcəklər. Azər-Türk Bankın kredit kartlarının vasitəsilə ölkə daxilində və xaricində 40 günə qədər faizsiz ödəmə imkanı mövcuddur.