Azərbaycanda “Caspian European Club”-un qızıl üzvü olan Qardaşlar Mebel şirkəti Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının II Respublika Forumu”nda iştirak edib.
Forumda iştirak edən Qardaşlar Mebel şirkətinin rəhbəri Əli Mirzəyev tədbirin xarici tircarət iştirakçıları üçün önəm daşıdığını söyləyib. “Biz son iki ildə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin şəffaflığın təmin olunması istiqamətində həyata keçirdiyi islahatları dəstəkləyirik. Çox şadam ki, Qardaşlar Mebel şirkətinin adı “Yaşıl Dəhliz” iştirakçıları sırasındadır. Şirkət olaraq qısa müddət ərzində “Yaşıl Dəhliz” iştirakçılarının sayının 505-ə çatmasını və dövriyyə həcminin 8 milyard dolları keçməsini ölkə üzrə sahibkarlığın inkişafına göstərilən diqqətin tərkib hissəsi kimi qiymətləndiririk. Qardaşlar Mebel şirkəti olaraq “Yaşıl Dəhliz” buraxılış sistemi çərçivəsində əlverişli biznes mühitinin formalaşması, gömrükdə sürətli keçidin təmin olunması və gömrük nəzarətində şəffaflığın artırılması kimi digər üstünlüklər yerli bazar iştirakçılarının ixrac potensialını daha da artıracaqdır.
Qeyd edək ki, Qardaşlar Mebel şirkəti 2020-ci ildə müştərilərinə özəl mebel konseptləri təqdim etmək üzərində çalışır. Şirkət, müştəri davranışları əsasında daha praktik və funksional mebellər istehsal etməyi planlaşdırır.