8 C
Baku
Friday, December 13, 2024

“Azərxalça” beş avtobus üçün 717 min manatlıq pul xərcləyir

Azərbaycan Respublikası “Azərxalça” açıq səhmdar cəmiyyəti distribyutor şirkət – “Azavtobus” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 717 196 manat dəyərində müqavilə imzalayıb.

Müqaviləyə əsasən, bu məbləğdə oturacaqlarin sayı 28-30 arasi olan avtobusların satın alınması nəzərdə tutulub.

Banker.az-ın mənbələrdən əldə etdiyi məlmata görə, “Azərxalça” 5 avtobusun alınmasını nəzərdə tutur. Ortalama hər avtobus üçün dövlət müəssəsi 143 439 manat xərc çəkəcək.

Şirkətlə digər müqaviləyə əsasən 5 orta ağır tonajlı yük avtomobillərinin satınalınması 675 007 manat ödənməli olacaq.

“Azavtobus” MMC 02.05.2014-cü il tarixində yaranmış, Türkiyə-Yaponiya birgə müəssisəsi olan “Anadolu Otomativ Senaye”(AOS) Şirkətinin Azərbaycan Respublikasında rəsmi eksklüziv distribyutorudur.

Şirkətin avtomobil kataloqu əsasən “Isuzu” markalı avtobuslardan ibarətdir.

Son xəbərlər
Digər xəbərlər