10 C
Baku
Thursday, December 12, 2024

Bakı metrosunda yeni kondisionerlərə niyə çox ehtiyac olduğunu izah ediblər

Bakı Metropoliteni 191 məişət kondisionerinin alınması və quraşdırılması üzrə “Contek Ltd” ilə müqavilə bağlayıb. Bakı Metropoliteninin mətbuat xidmətindən  verilən məlumata görə, onlar sərnişin vaqonlarında yox, metronun infrastruktur obyektlərində quraşdırılmaq üçün nəzərdə tutulub.

“Metropolitenin 2020-ci ildə mümkün ehtiyaclar, eləcə də istismar müddəti başa çataraq istifadəyə yararsız vəziyyətə düşə biləcək müvafiq avadanlığın zərurət yaranacağı təqdirdə (bununla bağlı veriləcək müvafiq rəy əsasında) yenisi ilə əvəz olunması mümkündür. Bütün mümkün ehtiyacları nəzərə alaraq, məhz 191 ədəd kondisonerin alınması üzrə tender keçirilib. Lakin bu, il ərzində mütləq şəkildə bu qədər kondisionerin alınacağı demək deyil. Qaliblə bağlanılacaq müqaviləyə əsasən, kondisionerlər yalnız zəruri tələblərə uyğun sayda alınacaq», – deyə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Turan-a məlumat verib.

Son xəbərlər
Digər xəbərlər