Azərbaycan mobil rabitə operatoru olan “Bakcell” şirkəti ilə abunəçilər arasında imzalanan, özündə “wireless internet at home solution” cihazı vasitəsilə müvafiq internet trafikinin təmin edilməsini əks etdirən “Wi-Fi evinizdə” müqavilələrinə bu müqavilələrin 3.2.5-ci maddəsinə əsasən 15 yanvar 2020-ci il tarixdən xitam veriləcək.
“Wireless internet at home solution” cihazının abunəçilərin istifadəsində qalması şərti ilə Bakcell yeni şərtlərlə müqavilə bağlamağı təklif edir. Yeni müqavilə bağlanmadığı halda, abunəçilər “wireless internet at home solution” cihazını geri qaytarmalı olacaqlar.
©APA