Amerikanın online riteyleri Amazon internetdə özünün şəxsi ödəniş sistemi olan Amazon Payments-i yaratdı. PayPal-un rəqibi olan bu xidmət jurnal və qəzetlərə abunəlik haqqını ödəmək, pul köçürmələri həyata keçirmək, mobil əlaqə haqqını ödəmək və s. internet xidmətlərinə görə hesablaşmaq imkanı yaradır.
Amazon şirkətinin internet mağaza və xidmətlərdən alacağı komissiya 1,9%-dən 2,9%-ə qədər, üstəlik də aylıq dövriyyədən asılı olaraq bir tranzaksiyadan 30 sent təşkil edəcək. 10 dollardan az ödənişlər üçün isə komissiya 5%, üstəlik 5 sent təşkil edəcək.