2020-ci ildə Gürcüstanın təbii qaz tədarükü 2,57 mlrd. kubmetr həcmində müəyyən edilib.
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın təsdiqlədiyi gələn ilki təbii qaz balansında qeyd olunub.
Qonşu ölkə bu həcmin 2,39 mlrd. kubmetrini və ya 92,7%-ni Azərbaycandan əldə edəcək. Bu həcmin 1,51 mlrd. kubmetri SOCAR-dan, 873,8 mln. kubmetri isə “Şahdəniz” konsorsiumundan alınan qazın payına düşəcək.
2020-ci ildə Gürcüstanın Rusiyadan idxal edəcəyi təbii qazın həcmi isə 169,9 miln. kubmetr, yaxud ümumi həcmin 6,6%-ni təşkil edəcək.
Gürcüstanda gələn il təbii qaz hasilatının 17,9 mln. kubmetr olacağı proqnozlaşdırılır.
©Report