Cari ilin əvvəlində “Accessbank” QSC-də İcraçı direktor vəzifəsinə yüksələn Günay Cəlilova 13 illik əmək fəaliyyətindən sonra bankı tərk edəcək.
Banker.az-ın əldə etdiyi məlumata görə, gələn ilin yanvarın 1-dən artıq digər yerli banka transferi gözlənilir.
Cəlilova “yerli” Avropa bankında Korporativ bankçılıq və Marketinq departamentləri və həmçinin Müştərilərlə əlaqə mərkəzinə kurasiya edirdi.
“Accessbank”da tərk etdikdən sonra vakant qalacaq vəzifəyə isə hər hansısa təyinat barədə kommersiya bankı heç bir məlumat açıqlamayıb.
Günay Cəlilova 2006-cı ilin aprelində – ilk karyerasını “Accessbank” QSC-də başlayıb, hansı ki, həmin il ərəfəsində bu bank “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” QSC adı altında (2008-ci ilə qədər) çıxış edirdi. Bankın rebrendinq ərəfəsində G.Cəlilova artıq bankın Filial Meneceri, daha sonra, yəni, 2016-cı ildən bu günə qədər isə Marketinq-Korporativ Bankçılıq Departamentində direktor vəzifəsində çalışıb.
Bildirək ki, Cəlilova Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə magistr, Böyük Britaniyanın Warwick biznes məktəbində (University of Warwick) MBA dərəcəsini almışdır.





