7 C
Baku
Tuesday, January 13, 2026

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 105 mlrd. dollara çatıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 819 milyon ABŞ dolları və yaxud 0,8% artaraq 103,881 milyard dollardan 104,700 milyard dollara çatıb.

Bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 26,429 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 446 milyon dollar və yaxud 1,7% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 373 milyon dollar və yaxud 0,5% artaraq 78,271 milyard dollar olub.

©Report

Son xəbərlər
Digər xəbərlər